Abbas Əraqçı belaruslu həmkarı ilə görüşüb

Əsəd Abbaslı
Abbas Əraqçı belaruslu həmkarı ilə görüşüb

İranın xarici işlər naziri Abbas Arəqçi və belaruslu həmkarı Maksim Rıjenkov iki ölkə arasında münasibətlərin inkişafını müzakirə ediblər. 

Operativ Media xəbər verir ki, bu barədə "IRNA" agentliyi məlumat yayıb.

Bildirilib ki, nazirlərin görüşü Uqandanın paytaxtı Kampala şəhərində Qoşulmama Hərəkatının 19-cu Nazirlər İclası çərçivəsində baş tutub.

Görüş zamanı iqtisadi, ticarət və diplomatik sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Digər xəbərlər