ABŞ səfirliyi Anım Günü ilə bağlı paylaşım edib

Əziz Əzizli
ABŞ səfirliyi Anım Günü ilə bağlı paylaşım edib

ABŞ-nin Bakıdakı səfirliyi Azərbaycanda 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib.

Operativ Media xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"Azərbaycanın Anım Günündə on illərlə davam edən münaqişə zamanı həyatını itirən azərbaycanlıların xatirəsini yad edirik. Avqustun 8-də Vaşinqtonda Cənubi Qafqazda yeni bir mərhələnin başlanğıcının şahidi olduq və ABŞ bölgədə daimi sülhün möhkəmlənməsi üçün səylərini davam etdirəcək.

Birləşmiş Ştatların Bakıdakı səfirliyi yaxınlarını itirmiş azərbaycanlılara və onların ailələrinə ən dərin hüznlə başsağlığı verir", - paylaşımda bildirilib.

Digər xəbərlər