Şirvanda yol qəzası olub

Operativ Media
Şirvanda yol qəzası olub

Şirvanda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Operativ Media xəbər verir ki, xəbər verir ki, hadisə Şirvan-Salyan avtomobil yolunun Şirvan şəhər Çılpaqlı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı KIA və VAZ markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində Miri Abbasov ölüb, iki nəfər isə xəsarət alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər