Böyük Britaniyanın şimalında, Donkaster şəhəri yaxınlığında baş verən helikopter qəzası nəticəsində bir nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.
Operativ Media xəbər verir ki, bu barədə The Daily Telegraph məlumat yayıb.
Məlumata görə, qəzaya uğrayan helikopter “Robinson R44 Raven II” modeli olub və "Kuki Helicopters" adlı yerli uçuş məktəbinə məxsusdur.
“70 yaşlı kişi hadisə nəticəsində ağır xəsarətlər alıb və həkimlərin səylərinə baxmayaraq, hadisə yerində dünyasını dəyişib. 41 yaşlı pilot, eləcə də digər iki sərnişin – 58 yaşlı qadın və 10 yaşlı oğlan yüngül xəsarətlər alıblar”, - məlumatda deyilir.






