Ermənistan Arazdəyən –Sədərək dəmir yolunun tikintisinə büdcəsinin olmadığını açıqlayıb

Operativ Media
Ermənistan Arazdəyən –Sədərək dəmir yolunun tikintisinə büdcəsinin olmadığını açıqlayıb

Ermənistanda TRIPP layihəsinin maliyyələşdirilməsi ilə bağlı müzakirələr davam edir.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyan parlamentdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ilkin müzakirəsi zamanı məlumat verib.

Nazirin sözlərinə görə, layihə hazırda müzakirə mərhələsindədir və konkret qərar hələ qəbul olunmayıb.

“Hazırda TRIPP layihəsi ilə bağlı yenilik yoxdur, çünki proses hələ davam edir. Dəmir yollarının modernləşdirilməsi üçün vəsait nəzərdə tutulub, lakin Yerasx (Arazdəyən)–Sədərək dəmir yolu hissəsi üzrə büdcədə ayrıca maddə yoxdur”, – deyə Xudatyan bildirib.

O, bu açıqlamanı “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryanın "2026-cı ilin dövlət büdcəsində Yerasx–Sədərək dəmir yolunun tikintisinə vəsait ayrılıbmı?" sualına cavab verərkən səsləndirib. 

Digər xəbərlər