Moskva Yaponiya səfirliyinə “Joint Exercise 2025” təlimləri ilə bağlı etiraz edib
Operativ Media
Rəsmi Moskva Rusiya sərhədləri yaxınlığında keçirilən "Joint Exercise 2025" təlimləri ilə bağlı Yaponiyanın Moskvadakı səfirliyinə sərt etiraz bildirib.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Yaponiyanın Rusiyanın Uzaq Şərq sərhədləri yaxınlığında təxribatçı hərbi fəaliyyəti təhlükəsizlik üçün təhdid yaradır.
Qeyd olunub ki, Rusiya Yaponiya-Amerika təlimləri zamanı "Tifon" orta mənzilli raket sisteminin yerləşdirilməsi ilə bağlı cavab tədbirləri görmək hüququnu özündə saxlayır.