"Elmlər Akademiyası" metrostansiyasını Bayıl parkı ilə əlaqələndirən 53 nömrəli şəhərdaxili marşrut üzrə 2025-ci il istehsalı olan, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan, həmçinin daha müasir avtobuslar fəaliyyət göstərəcək.
Bu barədə Operativ Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, marşrut üzrə keçirilən müsabiqədə qalib gələn "Transkontrol" MMC avtobuslarla xəttin istismarını noyabrın 1-dən həyata keçirəcək. Marşrut üzrə ümumilikdə 10 avtobus 10-11 dəqiqə intervalla sərnişinlərin xidmətində olacaq.






