Türkiyədə xizək kurortundakı yanğın ilə bağlı 11 nəfər ömürlük həbsə məhkum edilib

Operativ Media
Türkiyədə xizək kurortundakı yanğın ilə bağlı 11 nəfər ömürlük həbsə məhkum edilib

Türkiyənin Bolu vilayətində, "Kartalkaya" xizək kurortunda yerləşən "Grand Kartal" hotelində 78 nəfərin həyatını itirdiyi, 137 nəfərin isə yaralandığı yanğın ilə bağlı məhkəmə işində, otelin sahibi Halit Ergül də daxil olmaqla 11 nəfərə ömürlük ağırlaşdırılmış həbs cəzası verilib.

Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Xatırladaq ki, hadisə 2025-ci ilin yanvarın 21-də baş verib.

Digər xəbərlər