Menyu

Valdas Dambrauskas: "Azərbaycan futbol azarkeşləri ilə birlikdə tarix yazdıq"

Operativ Media
Valdas Dambrauskas: "Azərbaycan futbol azarkeşləri ilə birlikdə tarix yazdıq"

​"Sabah" Futbol Klubunun baş məşqçisi Valdas Dambrauskas komandasının avrokuboklardakı çıxışını və qarşıdakı hədəflərini dəyərləndirib.

​Operativ Media xəbər verir ki, mütəxəssis tarixi nəticə münasibətilə bütün Azərbaycan azarkeşlərini təbrik edib və yetirmələri ilə qürur duyduğunu bildirib.

​Litvalı baş məşqçi ilk matçda olduğu kimi, cavab qarşılaşmasında da üstün tərəf olduqlarını və rəqibin erkən qoldan sonra psixoloji baxımdan müqaviməti qırdığını vurğulayıb. Daha çox fərqlənə biləcəklərini qeyd edən çalışdırıcı matçdan dərhal sonra bərpa prosesinə başlayacaqlarını diqqətə çatdırıb.

​Şənbə günü Azərbaycan Premyer Liqasının yeni mövsümünə start veriləcəyini xatırladan Dambrauskas "Kəpəz"lə oyunun çətin keçəcəyini, lakin rəqibə böyük hörmətlə yanaşdıqlarını qeyd edib. O, azarkeşlərə dəstəklərinə görə minnətdarlıq edərək öküz çempionatında da eyni ab-havanın davam edəcəyinə inandığını ifadə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər