Menyu

Binəqədi və Sabunçuda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Operativ Media
Binəqədi və Sabunçuda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
1 dəq oxu

Bakının Binəqədi və Sabunçu rayonlarında iki küçədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Operativ Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, təmir işləri ilə əlaqədar avqustun 12-də saat 08:00-dan Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Ruslan Allahverdiyev küçəsinin bir hissəsində, saat 11:00-dan isə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsinin bir hissəsində hərəkət dayandırılacaq.

Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

Əlaqəli Xəbərlər