Menyu

Şəhərlərarası marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Operativ Media
Şəhərlərarası marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Sınıq Körpü, Bakı-Şəki, Bakı-Qusar, Bakı-Xudat, Bərdə-Göyçay, Samux-Gəncə şəhərlərarası, eləcə də Ziyadlı kəndi (Samux) – Gəncə (dəmiryol vağzalı) istiqamətində avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Operativ Media xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bakı-Sınıq Körpü marşrutları üzrə hüquqi şəxslər "Kaspian Ekspress" MMC və "Xan Sarayı" MMC;

Bakı-Şəki marşrutu üzrə hüquqi şəxs "Xan Sarayı" MMC;

Bakı-Qusar marşrutu üzrə hüquqi şəxs "Aliosman Ağasoy" MMC;

Bakı-Xudat marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol" MMC;

Bərdə-Göyçay marşrutu üzrə fiziki şəxs Bayramov Şəhriyar Hidayət oğlu;

Samux (Füzuli küçəsi) – Gəncə (dəmiryol vağzalı) və Ziyadlı kəndi (Samux) - Gəncə (dəmiryol vağzalı) marşrutları üzrə isə hüquqi şəxs “Kamil Avtonəqliyyat" MMC qalib elan olunublar.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər