Menyu

Prezident kənd təsərrüfatı ilə bağlı Sərəncam imzalayacaq

Operativ Media
Prezident kənd təsərrüfatı ilə bağlı Sərəncam imzalayacaq

Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramında Naxçıvana aid xüsusi bir hissənin olduğunu xatırladıb və sabah əlavə tədbirlər barədə Sərəncam imzalayacağını açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə zamanı bildirib.

"Bu ilin may ayında kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramında Naxçıvana aid xüsusi bir hissə var və bu göstərişlər verildi. Yəni bununla yanaşı, əlavə tədbirlərin görülməsi üçün sabah mənim tərəfimdən növbəti Sərəncam imzalanacaq. Bu, çox böyük maliyyə tutumlu Sərəncam olacaq, orada konkret layihələr göstəriləcək. Əlbəttə, lazımi nəzarət də təmin ediləcək ki, burada işlər daha da sürətlə getsin".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər