Türkiyə "META"nı cərimələyib

Nərmin Qocamanlı
Türkiyə "META"nı cərimələyib

Türkiyə Rəqabət Şurası "Meta Platforms, Inc" və "WhatsApp"a ayrı-ayrılıqda 346,7 milyon türk lirəsi məbləğində inzibati cərimə tətbiq edəcək.

"Operativ Media" bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, buna "META"nın əsas xidmətlər adlandırılan "Facebook", "Instagram" və "WhatsApp"dan topladığı məlumatları birləşdirərək, onlayn reklam bazarlarında fəaliyyət göstərən rəqiblərinə maneələr yaradaraq rəqabəti pozması səbəb olub.

Digər xəbərlər