Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin son satış qiyməti bəlli olub.
Operativ Media birjalara istinadən xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,11 ABŞ dolları, yaxud 1,73 % azalaraq 63,15 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, "Azeri Light" markalı Azərbaycan neftinin əvvəlki qiyməti 64,26 ABŞ dolları idi.