“Yüksəliş”in nəticələri nə vaxt məlum olacaq?

admin
“Yüksəliş”in nəticələri nə vaxt məlum olacaq?

İmtahan başlayandan bu saatlara qədər hansısa qanun pozuntusu qeydə alınmayıb.

"Operativ Media"-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bildirib.

O qeyd edib ki, imtahandan sonra iştirakçıların nəticələri şəxsi kabinetlərində yerləşdiriləcək.

"İki saatdan sonra nəticələr məlum olacaq. Artıq biz biləcəyik ki, sabahkı imtahanda kimlər iştirak etmə hüququ qazanacaq”, - deyə o əlavə edib.

Digər xəbərlər