UEFA Gənclər Liqası: "Qarabağ" İspaniyada, "Sabah" Fransada qüvvəsini sınayacaq

Operativ Media
UEFA Gənclər Liqası: "Qarabağ" İspaniyada, "Sabah" Fransada qüvvəsini sınayacaq

"Qarabağ" və "Sabah" klublarının U-19 komandaları UEFA Gənclər Liqasında bu gün meydana çıxacaqlar.

Operativ Media  xəbər verir ki, Ağdam təmsilçisi əsas mərhələnin III turunda İspaniyanın "Atletik" kollektivinin qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Bilbao klubunun U-19 komandası 6 xalla 6-cı, hər iki görüşdə uduzan "köhlən atlar" 35-cidir.

"Sabah" isə turnirin II təsnifat mərhələsinin ilk matçında Fransada "Nant"ın qonağı olacaq. Bu oyun saat 19:00-da start götürəcək. Tərəflər arasında cavab qarşılaşması noyabrın 5-də Bakıda keçiriləcək.

Digər xəbərlər