"Şaxtyor Donetsk" "Qalatasaray"ın yeni transferi ilə bağlı FİFA-ya şikayət etdi

Əziz Əzizli
"Şaxtyor Donetsk" "Qalatasaray"ın yeni transferi ilə bağlı FİFA-ya şikayət etdi

Donetsk "Şaxtyor"u Tetenin "Qalatasaray"a keçidi ilə bağlı FİFA-ya şikayət edib.

 "Operativ Media" "Terrikon"a istinadən xəbər verir ki, Ukrayna klubu 2023-cü ilin sonuna qədər müqaviləsi olan Tetenin müqaviləni birtərəfli qaydada pozmağa haqqı olmadığını sübut etməyə çalışır.

 “Qalatasaray” isə FİFA qaydasını əsas götürür ki, bu da müharibə vaxtı Ukrayna klubları ilə müqaviləsi olan əcnəbi futbolçuların bu müqavilələri birtərəfli qaydada dayandırıb başqa klublara keçməsinə icazə verir. Bununla belə, “Şaxtyor” Tetenin müharibə zamanı Ukraynaya qayıtdığını və buna görə də FİFA qaydasının artıq tətbiq olunmadığını iddia edir.

 “Şaxtyor” bununla bağlı həm Teteyə, həm də “Qalatasaray”a qarşı sanksiya tələb edir.

Digər xəbərlər