"Yurqarden" klubunun baş məşqçisi jurnalistlərin suallarını cavablandırıb.
"Operativ Media" xəbər ki, "Yurqorden"in baş məşqçisi Tomas Lagerlöf futbolçusu Musa Qurbanlı haqda danışıb:
"Musa kifayət qədər oynayır və avrokuboklarda “Lütsern”lə ev matçında da ilk dəqiqələrdən meydanda oldu. Ümid edirəm ki, o, məşqlərdə öz üzərində çalışmağa davam edəcək və biz onu gələcək oyunlarda daha çox görə biləcəyik. Musanın komanda ilə daha çox temp fərqi var. Onun gəldiyi liqa kifayət qədər yaxşı deyil. Musanın keçmiş komandası - "Qarabağ" çox üstün idi. Bu komanda çox yaxşıdır, amma liqada çıxış edən digər klublar o qədər də yaxşı deyil. Ona görə də Musa hazırda tempi saxlamaqda bir az çətinlik çəkir. Uyğunlaşmaq üçün bir az vaxt lazımdır".
Xatırladaq ki, M.Qurbanlı bu ilin iyul ayının 5-də "Yurqorden"lə 3 illik müqavilə imzalayıb.






