Super Liqa təmsilçisi "Beşiktaş" heyətinə yeni futbolçu cəlb edib.
"Operativ Media" xəbər verir ki, "ağ-qaralar" "Norviç Siti" klubundan 27 yaşlı kosovalı vinger Milot Raşitsanı heyətinə qatıb. "Beşiktaş" futbolçu üçün qarşı tərəfə 5 milyon avro ödəyib.
Qeyd edək ki, kosovalı futbolçu keçən mövsüm "Qalatasaray"ın heyətində Türkiyə çempionluğunu qazanmışdı.






