"Sabah"ın rəqibi qapıçı transferi etdi

Əziz Əzizli
"Sabah"ın rəqibi qapıçı transferi etdi

"Sabah"ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Partizan" heyətinə yeni qapıçı cəlb edib.

"Operativ Media" xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.Serbiya təmsilçisi Krsto Lubanoviçi heyətinə qatıb. Monteneqrolu qolkiperlə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Partizan" - "Sabah" cavab oyunu sabah Belqradda keçiriləcək. Bu komandalar arasında ilk matç Bakı klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər xəbərlər