Sərgən Yalçın: "Neftçi"nin büdcəsi istədiyim səviyyədə deyildi"

Əziz Əzizli
Sərgən Yalçın: "Neftçi"nin büdcəsi istədiyim səviyyədə deyildi"

Türkiyəli mütəxəssis Sərgən Yalçın "Neftçi" ilə razılaşmamasının səbəbini açıqlayıb.

"Operativ Media" xəbər verir ki, mütəxəssis bununla bağlı yerli mətbuata açıqlamasında deyib. Adrian Mutunun baş məşqçi postuna gətirilməsindən öncə "Neftçi" ilə danışıqlar aparan Yalçın maliyyə məsələlərinə görə Bakı klubu ilə razılaşmadığını söyləyib:

"Neftçi" ilə görüşümüz yaxşı keçmişdi. Lakin maliyyə problemləri oldu. Öz müqaviləmdən bəhs etmirəm. Komandanın büdcəsi istədiyim səviyyədə deyildi. Azərbaycana futbolçu gətirmək asan deyil. Onlar buna çox hazır deyidilər".

Digər xəbərlər