"Qarabağ"ın müdafiəçisi zədələndi

Əziz Əzizli
"Qarabağ"ın müdafiəçisi zədələndi

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə zədələnib.

"Operativ Media" xəbər verir ki, o, Avropa Liqasının 3-cü təsnifat mərhələsinin HİK-lə cavab oyununda zədə alıb. Bu səbəbdən 26 yaşlı müdafiəçi 46-cı dəqiqədə Bədavi Hüseynovla əvəzlənib.

Qeyd edək ki, B.Mustafazadə HİK-lə ilk matçda (2:1) start heyətdə meydana daxil olmuşdu. Azərbaycan millisinin üzvü sözügedən görüşdə 90-cı dəqiqədə əvəzlənmişdi.

Digər xəbərlər