Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi vəzifəsindən azad edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qərar qəbul edilib.
Qeyd edək ki, Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsinin son turunda Belçikaya uduzduqdan sonra (0:5) mətbuat konfransında azərbaycanlı jurnalistləri təhqir edib.
Bundan sonra isə AFFA-nın baş katibi Sərxan Hacıyev Canni De Byazinin sözlərinə görə jurnalistlərdən üzr istəyib.
Xatırladaq ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan yığmasına rəhbərlik edib.