Milli aviadaşıyıcı olan AZAL bu gün endirim kampaniyası elan edib.
"Operativ Media" xəbər verir ki, AZAL tətbiqi üzərindən alınan biletlərə endirim başlayıb.
Kampaniyaya əsasən 39€-dan (72 AZN) başlayan qiymətlərlə 35-dən çox istiqamətə səyahət etmək mümkündür.
Kampaniya sadəcə bu gün və yalnız AZAL mobil tətbiqindən alınan biletlərə aiddir.
Qiymətlər və istiqamətlər isə belədir:
BAKIDAN
39€ (72 AZN) - Tbilisi, İstanbul (SAW), İzmir, Ankara, Trabzon, Aktau, Həştərxan, Samara, Kazan, Ufa, Küveyt;
69€ (127 AZN) - Volqoqrad, Mineralnıye Vodı, Yekaterinburq, Soçi, Dammam, Ər-Riyad, Minsk;
99€ (183 AZN)- Astana, Kişineu, İstanbul (IST), Antalya, Moskva (DME), Moskva (VKO), Novosibirsk, Sankt-Peterburq, Almatı, Dubay, Berlin, Vyana, Praqa;
149€ (276 AZN) - Barselona, Milan, Paris;
199€ (368 AZN) - London, Pekin.
Səyahət tarixləri: 15.01.2024 – 06.03.2024
Tətbiqi yükləyin: https://bit.ly/azal-app