Gəncədə qardaş bacısını qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb - YENİLƏNİB

Redaksiya
Gəncədə qardaş bacısını qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb - YENİLƏNİB

Noyabr 27-də saat 01 radələrində Gəncə şəhər sakini 2001-ci il təvəllüdlü Pəri Allahverdi-Zadənin yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. 

Gəncə şəhər prokurorluğundan "Operativ Media"ya bildirilib ki, araşdırmalarla 2001-ci il təvəllüdlü Əli Allahverdi-Zadənin aralarında yaranmış mübahisə zamanı Pəri Allahverdi-Zadəyə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Allahverdi-Zadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

07:29

Gəncə  Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Pəri Allahverdizadəni kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadə  saxlanılaraq istintaqa təhvil verilib

Bu barədə "Operativ Media"ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Digər xəbərlər