Bakının ən bahalı mənzilləri hansılardır? - ARAŞDIRMA

Redaksiya
Bakının ən bahalı mənzilləri hansılardır? - ARAŞDIRMA

Bakı şəhəri daşınmaz əmlakın qiymətinin artması tendensiyası üzrə qonşu ölkələrin paytaxtları arasında ilk sıralardadır. Hər il bu sektorda ortamala 10 % bahalaşma müşahidə edilir. Nəticədə paytaxda mənzillərin qiyməti artıq milyon manatları ötüb keçir.

“Operativ Media” paytaxtın ən bahalı evləri və villalarının qiymətini araşdırıb.

Əvvəllər ən bahalı mənzillər “Sahil” metrosunun ətrafında və “Tarqovu” kimi tanınan Nizami küçəsində idisə, artıq bu ənənə dəyişib. Nərimanov rayonunun bəzi yerlərində təmirsiz mənzillərin qiyməti 3 milyon manatın üzərindədir.

Paytaxtın ən bahalı mənzilləri isə illərdir qiyməti dəyişməyən Neftçilər prospektindədir. Səbail rayonu Neftçilər prospektində yerləşən "Port Baku Residence" də evlərin kvadratmetri ortalama 5 min manatdan başlayır. Burada mənzillər təmirsiz olsa da, çox otaqlılar  5 milyon manatdan da yuxarıdır. 

Hazırkı bazarda şəhərin ən bahalı mənzili isə “Nizami” metrostansiyasının yaxınlığındadır. 5 milyon 500 min manata olan bu evin bir kvadratmetri 30 600 manata düşür.

Şəkil Qalereyası

Bakının ən bahalı mənzilləri hansılardır? - ARAŞDIRMA - Şəkil 1
Bakının ən bahalı mənzilləri hansılardır? - ARAŞDIRMA - Şəkil 2
Bakının ən bahalı mənzilləri hansılardır? - ARAŞDIRMA - Şəkil 3

Digər xəbərlər