http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Məktəblərdə zorakılıq faktlarının olmaması üçün hansı tədbirlər görülür?

28 Noyabr 2023 , 17:58
Məktəblərdə zorakılıq faktlarının olmaması üçün hansı tədbirlər görülür?

Bir neçə gündür məktəblərdə şagirdlərə zorakılıq edilməsi ilə bağlı xəbərlər gündəmdədir. Bu hallarda hərə məsuliyyəti birinin üzərinə atmağa çalışır. Bəs məktəblərdə nəzarətsizlik olduğuna görə hər hansısa problem yaşanırsa, burada əsas təqsirkarlar rəhbərlikdir, yoxsa məktəb psixoloqları? Ümumiyyətlə, məktəblərdə nəzarət prinsipi nə dərəcədə yerinə yetirilir?

Mövzu ilə əlaqədar təhsil eksperti Elşən Qafarov “Operativ Media”ya açıqlamasında qeyd edib ki, ümumtəhsil məktəblərində tərbiyə sisteminin qurulması var, lakin məktəb direktorlarının əksəriyyətinin həm tədrisin, həm metodiki işin, həm də tərbiyə işinin təşkili ilə bağlı bilik və bacarıqları çox aşağı səviyyədədir:

Azərbaycanda kişi müəllimlərin sayı niyə azalır? – SƏBƏBLƏR – Medianews

“Düşünürəm məktəb direktorlarını, direktor müavinlərini seçərkən, xüsusilə də bu məsələlərə diqqət etmək lazımdır. Hər bir məktəb özündə ardıcıl individual xüsusiyyətlərə malikdir. Konkret olaraq hansı məktəbdə nəzarətsizlik varsa, bununla bağlı birinci növbədə araşdırm aparmaq lazımdır. İstənilən halda məktəb rəhbərinin idarəetmə bacarıqlarının keyfiyyəti önəmlidir. Eyni zamanda orada psixoloji işin təşkili ilə bağlı görünür çətinliklər var. Amma yenə də ümumi məktəblər haqqında eyni fikri demək olmaz”.

Məsələ ilə bağlı sosioloq Elçin Bayramlı da öz fikirlərini bölüşüb:

Sosioloq: "Təklif edirəm ki, məktəblər ləğv edilsin. Çünki..." | TVPress

O deyib ki,  son dövrlərdə məktəblərdə nəzarət xeyli artırılıb və əvvəlki dövrlərə nisbətdə indi daha güclü nəzarət var:

“Bu nəzarət həm müəllimlər, həm də məktəblinin dostu tərəfindən olunur. Amma təbii ki, bəzi hallar olur ki, tam nəzarət etmək mümkün olmur və müəyyən hadisələr baş verir. Bu da texniki cəhətdən mümkün deyil. Çünki bir məktəbdə ortalama təxminən 2 000 şagird oxuyursa, hər birini hər saniyə nəzarətdə saxlamaq mümkün deyil. Ona görə də bu problemlər əsasən uşaqların hiperaktiv olması, aqressiv olması ilə qaynaqlanır. Burada da günahın böyük hissəsi valideynlərdədir, yəni uşaqlar  valideynlərin məktəbdəki inikasıdı. Məktəb sadəcə bir neçə saatlıq təhsil verən divarlar kompleksidir. Uşaqların psixologiyaları evdə, ətraf mühitdə necə formalaşırsa, məktəbdə də həmin formada göstərirlər. Əlbəttə, dərs vaxtları şagirdlər müəllim nəzarətində olur, tənəffüslərdə kənardan nəzarət olur. Amma iki uşağın qəfildən dalaşmaması üçün hər birinin yanına bir mühafizəçi qoymaq mümkün deyil”.

Sosioloq bu məsələlərdə günahı əsasən təhsil sistemində və valideynlərdə gördüyünü söyləyib:

“Çünki təhsil sistemində tərbiyə funksiyası məktəblərin əlindən alınıb. Yəni son dövrlərdə müəllim ancaq texniki təhsil verən bir formaya salınıb, onun şagirdlərə hər hansı bir tənbeh etməsi, irad tutması kimi hüquqları məhdudlaşdırılıb və tərbiyə məsələsinə qarışmaması tapşırılıb. Ona görə də müəllimlərdən biz bunu tələb edə bilmərik, onlar yalnız öz dərslərini keçib getməlidirlər, buna məcburdurlar. Məktəb psixoloqları isə, demək olar ki, çox biabırçı vəziyyətdədir, çox az məktəbdə normal psixoloq var. Lakin yenə də bir psixoloqun bir neçə min uşaqla işləməsi mümkün deyil. Hərçənd məktəblərə normal psixoloqlar təyin olunsa və onlar öz işlərinə vicdanla yanaşsalar, heç olmasa, problemin 20-30 faiz həllinə kömək edərdilər. 

Qalan 70-80 faizi sırf valideynlərlə bağlıdır. Biz görürük ki, evlərdə normal tərbiyə almamış uşaqlar nəinki məktəbdə, küçədə yaxud həyətdə də qəbuledilməz hərəkətlər və davranışlar göstərirlər. Bunun üçün ilk növbədə valideynlər uşaqlarına tərbiyə verməlidirlər. İkincisi isə məktəblərin tərbiyə vermək funksiyası onlara qaytarılmalıdır. Müəllimin  uşağa iradını bildirməyə ixtiyarı belə yoxdur. Nəticədə hər iki tərəfdən normal tərbiyə almayan və tənbeh olunmayan uşaq istər evdə, istər məktəbdə, təbii ki, daha sərbəst hiss edir deyə istənilən hərəkəti törətməyi özünə rəva bilir”.

E.Bayramlının fikrincə, bu kimi problemlər onu göstərir ki, son dövrlərdə təhsilin başında aparılan əcaib eksperimentlərin və müxtəlif sistemlərin tətbiqi çox kəskin şəkildə pis effekt verir:

“Bunlar hamısı həm təhsilin keyfiyyətində, həm tərbiyə məsələsində, həm uşaqların psixologiyasında çox ağır nəticələrə səbəb olur və vəziyyət pisləşməyə davam edir. Bu sahədə təhsil islahatları çox biabırçıdır, bizə uyğun olmayan, milli psixologiyamıza, təhsil ənənələrimizə dəxli olmayan nələrisə götürüb burada tətbiq edirlər və sistemləri dəyişdirirlər.  Bütün bunlar son nəticədə təhsilimizə zərbə vurub, orta məktəb artıq funksiyasını itirib. Nə düz əməlli təhsil, nə də tərbiyə verə bilir, sadəcə formal olaraq fəaliyyət göstərir. Eyni zamanda uşaqların, yeniyetmələrin əksəriyyəti də cəmiyyət üçün layiqli formada böyümürlər. Yaxşı olardı ki, bu əcaib eksperimentləri ləğv etsinlər. Bizim ənənvi təhsil sistemimiz, qaydalarımız var idi. Onlar bərpa olunmalıdır, yoxsa yaxşı heç nə gözlənilmir. Əksinə, getdikcə bu sahədə vəziyyət daha da pisləşəcək”.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu