29 Noyabr 2023, 17:19
Azərbaycan universitetlərinin tədrisində süni intellektdən istifadə olunurmu?
Azərbaycan universitetlərinin tədrisində süni intellektdən istifadə olunurmu? şəkil
Azərbaycan universitetlərinin tədrisində süni intellektdən istifadə olunurmu?

Bir çox sahələrdə süni intellektdən (AI) istifadə olunur. Süni intellekt insan məntiqini maşınlarda tətbiq etmək məqsədi daşıyan riyazi elm və texnologiyadır. Bu elm intellektual maşın yaratmağı, xüsusən yalnız insanlara məxsus olduğu düşünülən yaradıcı fəaliyyət göstərən intellektual proqram yaratmağı özünə məqsəd götürüb. Eyni zamanda insan intellektinin araşdırılması kimi də başa düşülür. 

Süni intellektin gələcək zamanda gündəlik həyatımızda asanlıqla istifadəsi və ümumiyyətlə, bu sahənin ətraflı öyrənilməsi üçün elmdə tətbiqi mütləqdir.

Bu baxımdan Karnegi Mellon Universiteti, Massaçusets Texnologiya İnstitutu, Stenford Universiteti, Kaliforniya Universiteti, Toronto Universiteti, Oksford Universiteti, Tsinxua Universiteti, İllinoys Universiteti, Cənubi Kaliforniya Universiteti, Vaşinqton Universiteti və bir çox universitetlər Süni İntellekt proqramlarını təklif edir.

Bəs Azərbaycan Universitetlərində süni zəkanın tətbiqi və fənn kimi tədrisi istiqamətində hansı addımlar atılmalıdır?

Mövzu ilə əlaqədar İKT üzrə ekspert Elvin Abbasov “Operativ Media”ya bildirib ki, ölkə universitetlərində çox kiçik miqyasda süni intellektin tətbiq olunmasına cəhd olunur. 

Elvin Abbasov: “Starlink” peykinin Azərbaycanda bərqərar olması ölkənin  cəlbediciliyini ortaya qoyur”Onun sözlərinə görə, ilk növbədə süni intellektin hansı məqsədlə istifadə olunacağı təyin edilməlidir:
“Misal üçün, dünyanın məşhur şirkəti “Simens” əlaqə mərkəzlərində sui intellektdən istifadə edir. O, müştərilərdən və  partnyorlardan gələn sualların cavablayaraq iş yükünü azaldır. Bizdə tədrisdə nə kimi istifadə olunacaq? Süni intellekt müəllim kimi olacaq, imtahanlara cavab verəcək, yoxsa imtahan hazırlayacaq, yaxud tələbə kimi rəftar edəcək, yəni demo versiyalarında süni zəkadan hansı şəkildə istifadə olunacaq? Bu təyinatdan sonra süni intellektin tətbiqi modeli hansı yöndə inkişaf edəcəyi məsələsi var”.

Ekspert bildirib ki, Azərbaycan universitetlərinin heç birisində süni intellektdən hansı yöndə istifadə edəcəkləri barədə heç bir məqaləyə rast gəlməyib:

“Hər kəs süni intellektin tətbiqini deyir, amma süni intellektin təyinatından danışan yoxdur. Süni intellekt modelini onlarca fərqli üslubda inkişaf etdirə bilərik, amma birinci məsələ bununla bağlı məqsədi müəyyənləşdirməkdir. Hər hansı bir proqram təminatında süni intellekt rol oynayacaq, yoxsa qərar verəcək? Çünki bu, həm qərarvermə mexanizmində, həm də icraetmə mexanizmində ola bilir”.

UNEC-də Tədrisin Metodiki və Keyfiyyət Təminatı Mərkəzinin direktor müavini, Tədrisin təşkili şöbəsinin müdiri dos. Sevda Sərdarova qeyd edib ki, hazırda universitetimizdə süni intellektlə bağlı 9 fənn üzrə (2 fənn bakalavriat səviyyəsində - “Süni intellekt”, “Süni intellekt tədqiqat metodları” və 7 fənn magistratura səviyyəsində - BMDM üzrə - “İqtisadiyyatda süni intellekt sistemləri və biliklərin idarə edilməsi”, “Süni intellekt və ekspert sistemləri”, “Dizaynda süni intellekt”, MBA üzrə - “Süni neyron”, “Süni intellekt tətbiqləri”, “Süni intellektin əsasları”, “Phyton və Süni intelekt” fənləri) tədrisi həyata keçirilir:

Sevda Sərdarova

“Tədrisi həyata keçirilən fənlər üzrə yerli və xarici mütəxəssislərin (Yaponiyanın Hokkai Gakuen Universitetinin prof. Yamanoi Takahiro, Hindistanın Chitkara Universitetinin prof. Khosla Praveen Kumar, Kanpur adına Hindistan Texnologiya İnstitutu  prof. Nishchal Kumar Verma və başqaları) cəlb edilməklə yanaşı, bu ixtisas üzrə UNEC müəllimlərinin də təkmilləşdirilməsi istiqamətində təlim proqramları həyata keçirilir. “Süni İntellekt” fənni üzrə təlimçi Türkiyə Respublikasının Qazi universitetinin dos. Yunus Kayır tərəfindən təlim proqramı təşkil edilmişdir. Həmçinin “Süni Neyron şəbəkələri” fənni üzrə təlimçi Yıldız Texnik Universitetinin dos.Əhməd Elbir tərəfindən olmaqla həyata keçiriləcəkdir. Fənnin tədrisi üzrə laboratoriya otaqları ilə təmin olumuşdur”.

Son xəbərlər
KİV: ABŞ 24-48 saat ərzində İranla hərbi əməliyyata girə bilər
İsrail ölkənin şimalında iki pilotsuz təyyarənin tutulduğunu bildirib
İsrail-İran münaqişəsi - SON XƏBƏRLƏR
Ağdamın Kəngərli kəndinə daha 40 ailə köçürülüb
"Bavariya" Fermin Lopezlə maraqlanır
İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 16 nəfər ölüb
KİV: Çin İrana nəqliyyat təyyarələri göndərir
G7 liderləri Yaxın Şərq münaqişəsinin siyasi həllini müzakirə ediblər