Almaniya prezidenti Frank-Valter Ştaynmayer ötən gün Qətərə səfər edib.
"Operativ Media" Almaniyanın Stern nəşrinə istinadən xəbər verir ki, o, təxminən yarım saat təyyarədə oturaraq rəsmilərin onu qarşılamasını gözləməli olub.
Prezidentin gözləməsinə səbəb isə Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxinin 30 dəqiqə gecikməsi olub.