“Elektron Hökumət Laboratoriyası”nın açılışı olub

Operativ Media
“Elektron Hökumət Laboratoriyası”nın açılışı olub

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dünya Bankı Qrupu” ilə birgə əməkdaşlıq çərçivəsində “Elektron Hökumət Laboratoriyası”nın açılışı olub və Əməkdaşlıq haqqında protokol imzalanıb.


"Operativ Media" xəbər verir ki, protokolu Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl imzalayıb.


Akademiyada Dünya Bankının dəstəyi ilə kompüter laboratoriyası yaradılıb.

Laboratoriya il ərzində 3000-dən çox dövlət qulluqçusunun müxtəlif sahələrdə təlim aldığı, canlı və distant şəkildə əlavə ali təhsilin təşkil olunduğu nəzərə alınmaqla praktik vərdişlərin yalnız bakalavr və magistratura səviyyələrində təhsil alan tələbələr üçün deyil, eyni zamanda dövlət qulluqçuları üçün müvafiq təlimlərin təşkilinə imkan verəcək.

Digər xəbərlər