Marta Kos: Azərbaycan və Ermənistan arasında sülh prosesində irəliləyiş regionu dəyişir

Xəbərlər redaksiyası
Marta Kos: Azərbaycan və Ermənistan arasında sülh prosesində irəliləyiş regionu dəyişir

Azərbaycan və Ermənistan arasında sülh prosesində irəliləyiş regionu dəyişir.

Operativ Media xəbər verir ki, bu barədə Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos Lüksemburqda regional təhlükəsizlik və əlaqələr üzrə nazirlərin görüşündə bildirib.

Kos qeyd edib ki, onilliklər ərzində ilk dəfə olaraq Avropa və Asiyanı birləşdirən ticarət və nəqliyyat marşrutlarının açılması üçün real imkan açılır.

O, bir-biri ilə əlaqəli infrastrukturun yaradılmasının ölkələrə ticarət, enerji mənbələrinin seçimi və məlumatların ötürülməsi üçün daha böyük azadlıq və imkanlar verəcəyini, Cənubi Qafqazda uzunmüddətli sabitliyi və rifahı gücləndirəcəyini vurğulayıb.

Digər xəbərlər