Şamaxı-İsmayıllı avtomobil yolunda hərəkət bərpa olunub - YENİLƏNİB

Nərmin Qocamanlı
Şamaxı-İsmayıllı avtomobil yolunda hərəkət bərpa olunub - YENİLƏNİB


Şamaxı-İsmayıllı avtomobil yollarında hərəkət təşkil olunur. Yollara xüsusi avtomobillərlə qum və duz səpilir. Hərəkət dayandırılmayıb. 

Bu barədə "Operativ Media"ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Tədbirlər davam edir.

***

20:40

Şamaxı-İsmayıllı avtomobil yollarında hava şəraiti ilə əlaqədar əraziyə polis əməkdaşları əlavə heyətlə xidmətə çıxarılıb.

DİN-in mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür. Avtomobillərdə olan şəxslərin vəziyyəti öyrənilməklə sürücü və sərnişinlərə köməklik göstərilir, vətəndaşların təhlükəsizliyi təmin olunur.

DYP ilə yanaşı, Şamaxı, İsmayıllı və Ağsu rayon polis şöbələrinin əməkdaşları ərazidə xidmətə cəlb edilib.

Tədbirlər davam edir.

*** 

20:25

Güclü yağan qar səbəbindən Şamaxı İsmayıllı avtomobil yolu bağlanıb.


"Operativ Media" xəbər verir ki, hazırda ərazidə 200-dən çox avtomobil yolda qalıb.


İlkin məlumatlara əsasən, Muğanlı dolaylarında qar daha keçilməzdir. Yollar buz bağlayıb. Əraziyə polis əməkdaşları cəlb olunub.

Yolların buz bağlaması səbəbindən ərazidə bir neçə zəncirvari qəzalar meydana gəlib.

Digər xəbərlər