MSK-da prezidentliyə namizədlərin ödənişsiz efir vaxtı ilə bağlı püşkatma keçiriləcək

Nərmin Qocamanlı
MSK-da prezidentliyə namizədlərin ödənişsiz efir vaxtı ilə bağlı  püşkatma keçiriləcək

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar arasında bərabər şərtlərlə və bərabər həcmdə bölgüsü məqsədilə püşkatma keçiriləcək.

"Operativ Media" xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və kommunikasiya şöbəsinin məlumatına görə, püşkatma 2024-cü il yanvarın 15-i saat 14:00-da MSK-nın inzibati binasında təşkil olunacaq.

Digər xəbərlər