Avtomobil qaçıran şəxslər saxlanılıb

Nərmin Qocamanlı
Avtomobil qaçıran şəxslər saxlanılıb

Yanvarın 16-da saat 23 radələrində Sahil qəsəbəsi ərazisindən “Opel” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. 

Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə avtomobil qəsəbə ərazisində tapılıb.

Daxili İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ümid qəsəbə sakini Salik Qurbanov müəyyən olunaraq saxlanılıb.

Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Bundan başqa, Nərimanov RPİ 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 16-da Yevlax rayonu ərazisindən “VAZ-2107” markalı avtomobil qaçırmaqda şübhəli bilinən rayon sakini Elmir Abuşov saxlanlılıb. 

Məsələ ilə bağlı araşdırma aparılır.

Digər xəbərlər