Tramp: Kanada ilə ticarət danışıqları dayandırılıb

Operativ Media
Tramp: Kanada ilə ticarət danışıqları dayandırılıb

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Kanada ilə ticarət danışıqlarını dayandırdığını açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial platformasında paylaşım edib.

Buna səbəb Kanada rəsmilərinin ABŞ-nin sabiq prezidenti Ronald Reyqanın tariflərə qarşı çıxışını əks etdirən reklam çarxının nümayişini maliyyələşdirməsi olub.

Tram qeyd edib ki, sözügedən reklam “ABŞ-nin Ali Məhkəməsinə və digər məhkəmələrə təsir göstərmək məqsədi daşıyır”.

Digər xəbərlər