Kimya sənayesi məhsulları üzrə ixrac göstəriciləri açıqlanıb

Operativ Media
Kimya sənayesi məhsulları üzrə ixrac göstəriciləri açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında ölkədən 252,5 milyon ABŞ dolları dəyərində 837,4 min tondan çox kimya sənayesi məhsulları ixrac edilib.

Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata görə, bu, 2024-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 19,2 faiz və ya 40,7 milyon dollar, həcm baxımından isə 1,7 faiz və ya 13,9 min ton çoxdur.

2025-ci ilin ilk 9 ayında kimya sənayesi məhsullarının ümumi ixracda xüsusi çəkisi 1,36 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 9,53 faizə bərabər olub.

Digər xəbərlər