"Olduğumuz seçki məntəqələrində səsvermə prosesinin şəffaf şəkildə keçirilməsinin şahidi olmuşuq".
Bunu "Operativ Media"ya açıqlamasında serbiyalı millət vəkili Sandra Boziç bildirib.
Beynəlxalq müşahidəçinin sözlərinə görə, olduqları məntəqələrdə prosesin eyni və qaydalara uyğun şəkildə təşkil olunduğunu müşahidə edib:
"Hazırda Şuşadayıq. Mənim gördüklərim odur ki, insanlar gəlib istəklərinə uyğun səslərini verirlər. Baxmayaraq ki, Şuşa hələ də işğalın izlərini daşıyır, amma, insanlar nikbindir. Hamı öz gələcəyi üçün səs verir. Düşünürəm ki, bu seçkidə layiq olan qalib gələcək. Sıravi vətəndaşlarla biz söhbət edirik, onlar bildirirlər ki, bir namizədləri var və onu dəstəkləyəcəklər".






