Xorvatiya Respublikasının iqtisadiyyat və davamlı inkişaf naziri bu gün axşam saatlarında Bakıya gələcək.
"Operativ Media" xəbər verir ki, Damir Xabiyan ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında iştirak edəcək, həmçinin azərbaycanlı həmkarı Mikayıl Cabbarovla da görüş keçirəcək.
Tərəflər kiçik və orta biznes, aqrar sektor, kənd təsərrüfatı, turizm, ərzaq təhlükəsizliyi sahələrində əməkdaşlığı müzakirə edəcəklər.






