Ana səhifə / İdman / Azərbaycan millisi Uelsə məğlub oldu Azərbaycan millisi Uelsə məğlub oldu 24.10.2025, 17:43 Operativ Media 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin ilk oyununda məğlub olub. Operativ Media xəbər verir ki, B Liqasının I qrupunda yer alan yığma Uelsin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib. Kişineu şəhərində yerləşən "Zimbru 2" stadionunda keçirilən görüş rəqibin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, U-17 qrupda ikinci görüşünü oktyabrın 27-də Kosovo yığmasına qarşı keçirəcək.