İqtisadiyyat naziri Mikayıl Cabbarov BP şirkətinin baş icraçı direktoru Mürrey Aukinklos ilə görüş keçirib.
"Operativ Media" xəbər verir ki, bu barədə M.Cabbarov "X"də bildirib.
"SOCAR-ın prezidenti Rövşən Nəcəf və həmkarlarla birlikdə BP şirkətinin baş icraçı direktoru Mürrey Aukinklos ilə keçirdiyimiz görüşdə ikitərəfli əməkdaşlığın nəticələrini, eləcə də birgə fəaliyyətin yaşıl enerjiyə keçid, dekarbonizasiya, kəşfiyyat və hasilat layihələri istiqamətində gücləndirilməsi imkanlarını nəzərdən keçirdik. BP şirkətinin Azərbaycanla davamlı tərəfdaşlığın genişləndirilməsinə sadiqliyi və bərpa olunan enerji layihələrində iştiraka marağı ifadə edildi", - nazir qeyd edib.
Şəkil Qalereyası








