Ətin qiyməti bahalaşacaq? - EKSPERT

Nərmin Qocamanlı
Ətin qiyməti bahalaşacaq? - EKSPERT

Dövlət Statistika Komitəsinin hesabatına əsasən bu il Azərbaycanda 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,5 faiz azalıb.

Bəs bu qiymətlərə necə təsir edəcək?

İqtisadçı ekspert Xalid Kərimli "Operativ Media"ya açıqlamasında bildirib ki, belə davam etdiyi halda qiymətlər yenə bahalaşacaq:

"Həm xırdabuynuzlu heyvanların, həm də mal ətinin qiymətləri 2023-cü ildə bahalaşdı. Əgər bu azalma davam edərsə, tələb-təklif qanununa əsasən qiymətləri bahalaşdıracaq. Ətin qonşu dövlətlərdən ölkəmizə idxal prosesi isə onsuz da mövcud idi. Əsasən xırdabuynuzlu heyvanları Dağıstandan, Gürcüstandan, Ukraynadan ucuz ət ala bilirdik, ancaq indi Ukrayna bazarı sıradan çıxıb. Daha doğrusu, Polşa vasitəsilə gətirilir ki, bu zaman da logistika xərcləri artır. Ona görə də ümumi şəkildə yerli istehsal azaldıqca, qiymətlərdə artım müşahidə olunacaq".

Qeyd edək ki, hazırda bazar və marketlərdə ətin bir kiloqramının qiyməti 13-19 azn aralığında dəyişir.

Digər xəbərlər