Azərbaycan və İraq enerji məsələləri üzrə potensial əməkdaşlıq imkanlarını müzakirə edib

Nərmin Qocamanlı
Azərbaycan və İraq enerji məsələləri üzrə potensial əməkdaşlıq imkanlarını müzakirə edib

"İraqa səfərimiz çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə bu ölkənin Baş nazirinin müavini, neft naziri Hayan Əbdülğani ilə görüşdük".

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib.

"Yaşıl enerjiyə keçiddə ölkəmizin hədəfləri, SOCAR-ın bu istiqamətdə tərəfdaşlarla birgə icra etdiyi layihələr və enerji məsələləri üzrə potensial əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq", - nazir qeyd edib.

Digər xəbərlər