"Buta Airways" müxtəlif istiqamətlərə ( 2023-cü il mart-sentyabr ayları üçün) endirimlə 10.000 ədəd biletin hər birini 29 avrodan olmaqla kampaniya təşkil etsə də, sosial şəbəkələrdə saytın və tətbiqin işləmədiyi bildiririlir. "Operativ Media"ya daxil olan məlumatlarda, saytın və tətbiqin qeyd olunan saatda (16:00) bilet qiymətlərini endirimsiz göstərdiyi bildirilir. Hazırda isə saytda bilet axtardıqda "Gözləyin" pəncərəsi açılır və heç bir yenilik olmur.