Bakıda qadın işlək vəziyyətdə olan elektrik mikserinə düşərək ölüb

Nərmin Qocamanlı
Bakıda qadın işlək vəziyyətdə olan elektrik mikserinə düşərək ölüb

Qaradağ rayonu ərazisində yerləşən ət kəsim sexlərindən birində xadimə işləyən 1982-ci il təvəllüdlü Rəqsanə Pirməmmədovanın elektrik mikserini təmizləyən zaman qurğunun hərəkətə gəlməsi nəticəsində qurğunun hissələri arasında qalaraq aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işi başlanmışdır.

"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.


Hazırda iş üzrə istintaq davam edir.

Digər xəbərlər