Əfsanəvi futbolçu Pelenin 82 yaşında vəfat etməsindən sonra Braziliya hökuməti üç günlük milli matəm elan edib.
Ölkə Prezidenti Jair Bolsonaronun imzası ilə rəsmi qəzetdə dərc olunan fərmanda bildirilir ki, “Edson Arantes do Nascimento, Pelenin vəfatı ilə bağlı kədər əlaməti olaraq üç günlük milli matəm elan edilib.
Bolsonaro "Twitter" hesabında Pelenin ölümü ilə bağlı paylaşım edərək, "Allaha dua edirəm ki, bütün ailəsi və dostları bu çətin günlərdən keçsin. Pele futbolu sənətə və əyləncəyə çevirdi və futbolla Braziliyanın adını dünyaya tanıtdı. Ailəsi və pərəstişkarlarına səbr diləyirəm".
Qeyd edək ki, əfsanəvi futbolçu Pele noyabrın 29-da müalicə aldığı xəstəxanada 82 yaşında dünyasını dəyişib.
Bildirilib ki, Pelenin dəfn mərasimi yanvarın 3-də karyerasının böyük hissəsini keçdiyi “Santos” stadionunda keçiriləcək.