Antalyada təlim-məşq toplanışında olan "Şamaxı" klubu yoldaşlıq oyunu keçirir.
"Operativ Media" xəbər verir ki, Qazaxıstanın "Kaysar" klubu ilə qarşılaşan "Şamaxı" klubunda sevindirici xəbər var. Belə ki, uzun müddətdir zədəli olan hücumçu Amil Yunanov bu matçda əsas heyətdə yerini tutub.
Qeyd edək ki, Amil Yunanov Sentyabr ayında "Turan Tovuz"la görüşdə zədələnmişdi.