Polşanın "Rakov" klubu ilə qarşılaşacaq "Qarabağ"ın heyətində yeni legioner futbolçu var.
"Operativ Media" xəbər verir ki, Ağdam təmsilçisinin Antalayaya apardığı futbolçular arasında "Qarabağ"ın ikinci komandasında top qovan David Sayenko da var. 23 yaşlı rusiyalı futbolçu mərkəz hücumçusu mövqeyində çıxış edir. Karyerası ərzində Belarusun "Qranit", "FK Lida" klublarında çıxış edib.