Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Azərbaycana başsağlığı verib.
"Operativ Media" xəbər verir ki, bu barədə səfir tviterdə bildirib:
"Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilməsi və səfirlik əməkdaşının qətlə yetirilməsi xəbəri məni sarsıtdı. Qətlə yetirilən şəxsin ailəsinə başsağlığı verir, yaralılara şəfa diləyirəm".