Yaponiyanın Azərbaycandakı səfirliyi ölkəmizin İrandakı səfirliyində baş vermiş terror aktı ilə bağlı başsağlığı verib.
"Operativ Media" xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin feysbuk səhifəsində məlumat verilib.
“Yaponiyanın Azərbaycandakı səfirliyi Azərbaycanın İrandakı səfirliyində baş vermiş dəhşətli hadisə nəticəsində həlak olmuş və yaralanmış şəxslərin ailə üzvlərinə və Xarici İşlər Nazirliyindəki həmkarlarına başsağlığını çatdırır, xəsarət alanların tezliklə sağalmasını arzu edir”, - paylaşımda deyilir.