BƏƏ İran səfirliyində törədilən terror aktını kəskin şəkildə pisləyib

Nərmin Qocamanlı
BƏƏ İran səfirliyində törədilən terror aktını kəskin şəkildə pisləyib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycanın İrandakı Səfirliyində törədilən terror aktını kəskin şəkildə pisləyib.

"Operativ Media" xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“BƏƏ bu cinayət əməllərini qətiyyətlə pisləyir və təhlükəsizlik, sabitliyə xələl gətirməyə yönəlmiş hər cür zorakılıq və terrorizmi rədd edir”, - bəyanatda bildirilir.

BƏƏ XİN vurğulayıb ki, diplomatik işi tənzimləyən qaydalara və nizamnamələrə uyğun olaraq diplomatik nümayəndəliklərin mühafizəsini təmin etmək lazımdır.

Nazirlik, həmçinin Azərbaycan Respublikasına və xalqına, o cümlədən həyatını itirən təhlükəsizlik əməkdaşının yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Digər xəbərlər